Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq

Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq

Noyabrın 21-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovun ölkəmizə səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib. 
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında informasiya məkanında ikitərəfli əməkdaşlığın perspektivləri mövzusuna da toxunulub. 
Rusiya Jurnalistlər İttifaqının sədri başçılıq etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, 83 bölməsi olan Rusiya Jurnalistlər İttifaqının sıralarında 70 mindən çox jurnalist var. Bu, ölkənin jurnalistlər cəmiyyətinin elitasıdır. Rusiyadakı bütün jurnalistlərin, təqribən, 10-12 faizi bu ittifaqın üzvləridir. Rusiya Jurnalistlər İttifaqının sədrinin sözlərinə görə, ölkədə söz azadlığının müdafiəsi, jurnalistlərin peşəkar səviyyəsinin yüksək qalması üçün çox iş görülür. Rusiya Jurnalistlər İttifaqı Beynəlxalq Jurnalistlər İttifaqının üzvü olaraq, xarici aləmdə fəal iş aparır.
Vladimir Solovyov vurğulayıb ki, Azərbaycanda səfərdə olmasına və Prezident İlham Əliyevin onu qəbul etməsinə görə çox məmnundur. O, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanda Rusiya mədəniyyətinə, Rusiya KİV-lərinə böyük hörmət bəsləndiyini vurğulayaraq deyib: “Rusiyadakı oxucular, tamaşaçılar və dinləyicilər müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq”. 
V.Solovyov daha sonra deyib: “Noyabrın 19-da biz Azərbaycan Mətbuat Şurası ilə Rusiya Federasiyasının Jurnalistlər İttifaqı arasında Əməkdaşlıq haqqında Memorandum imzaladıq. Düşünürəm ki, bu, daha əhəmiyyətli, geniş əməkdaşlıq yolunda ilk addımdır”. 
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və Rusiya jurnalistlərinin qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının vacib olduğunu qeyd edib, imzalanmış ­Memorandumun əhəmiyyətindən danışıb. 

21 Noyabr 2018 23:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin