Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər

Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakıda üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətlərinin üzvləri Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın məzarları üzərinə gül dəstələri düzüb, şəhidlərimizin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

21 Noyabr 2018 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə