• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dost gəlişi həmişə bayram olur

Dost gəlişi həmişə bayram olur

Bu günlərdə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon rəsmi səfərlə ölkəmizi ziyarət edib. Tacikistan liderini böyük nümayəndə heyəti müşayiət edib. Azərbaycan və Tacikistan dövlətlərinin başçıları, eləcə də nümayəndə heyətləri arasında uğurlu danışıqlar aparılıb, iki ölkənin siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da genişlənməsinə xidmət edən mühüm sənədlər imzalanıb. 
Bu günlərdə Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri Tacikistanın liderinin Bakıya səfərinin ölkələrimiz arasında münasibətlərə yeni impuls verəcəyinə əmin olduqlarını bildirirlər. Bu barədə söz düşəndə Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli dedi: 
– Mən Tacikistan Prezidentinin ölkəmizə səfərini maraqla izlədim. Tez-tez xalqımızın bu gözəl deyimini xatırladım: “Dost gəlişi bayram olar”. Həqiqətən, belədir! Həqiqi dostluq, qardaşlıq böyük sərvətdir. Nə yaxşı ki, müstəqil dövlətlərimiz, xalqlarımız dost, qardaş kimi davranırlar, beynəlxalq arenada  bir-birini dəstəkləyirlər. 
Azərbaycan Prezidenti İlham Əliyev tacik həmkarı ilə görüşü zamanı haqlı olaraq vurğuladı ki, Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə bu gün Tacikistan uğurla inkişaf edir. Ölkənin beynəlxalq nüfuzu artır. Tacikistanda hazırda ictimai-siyasi sabitlik mövcuddur. 
Tacikistan Prezidenti də, öz növbəsində Azərbaycanın sürətli inkişafından çox sevindiyini bildirdi, dövlətimizə, xalqımıza bundan sonra da bütün sahələrdə uğurlar arzuladı.  
Tacikistanın dövlət başçısının çıxışlarının bir məqamı mənim üçün xüsusilə təsirli oldu. Prezident Emoməli Rəhmon dedi ki,  Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan mahnısı eşidiləndə dərhal bizdə – Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. 
Hesab edirəm ki, bu, Azərbaycan mədəniyyətinə verilən səmimi dəyər və qiymətdir. Bəli, Azərbaycan və Tacikistan dövlətlərini, xalqlarımızı qədim tarixi dostluq telləri  bağlayır. Bu əlaqələrin daha da genişlənməsi xalqlarımızın mənafeyinə xidmət edir.  
Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

11 2018 22:22 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin