Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Braziliya ilə bir qrupda

Braziliya ilə bir qrupda

Gələn il  Tokioda keçiriləcək XXXII  Yay Olimpiya Oyunlarına  ­lisenziya  uğrunda  mübarizədə Azərbaycanın  qadınlardan ibarət komandasının  birinci  seçmə turnirində qarşılaşacağı rəqiblər müəyyənləşib.
Voleybolçularımız “D” qrupunda  çıxış edəcəklər. Rəqiblərimiz isə Braziliya, Dominikan Respublikası və Kamerun komandaları olacaq. Oyunlar  2019-cu ilin  avqust ayınadək keçiriləcək. Turnirin harada  təşkil olunacağı hələ məlum deyil.
Birinci seçmə mərhələdə  cəmi alti qrup olacaq. Hər qrupda  dörd komanda yarışacaq. Türkiyə  voleybolçularının Çin, Almaniya və  Çexiya kollektivləri ilə  birlikdə “B” qrupunda  mübarizə aparacaqlarını da  qeyd edək. Qrupların qalibləri Olimpiadaya  vəsiqə qazanacaqlar.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

21 Noyabr 2018 23:38 - İDMAN
İDMAN
16 Aprel 2019 | 22:37
Kavanini kim əvəzləyəcək?
15 Aprel 2019 | 22:33
Vaxtından əvvəl çempion
11 Aprel 2019 | 23:01
Niquez diqqət mərkəzindədir

Ən son xəbərləri səhifəmizdən də izləyin