Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millimiz elit mərhələdə

Millimiz  elit mərhələdə

Azərbaycanın  19 yaşlı  futbolçulardan ibarət yığma komandası  Tbilisidə yenicə başa çatmış Avropa çempionatı seçmə  yarışlarının birinci mərhələsində çıxışlarından razı qala bilər. Gənc  həmvətənlərimiz  Gürcüstan paytaxtında  1-ci qrup komandalarının  rəqabətində  2-ci yeri tutub israilli yaşıdları ilə birlikdə  qitə birinciliyinin elit  mərhələsində oynamaq hüququ  qazanmışlar.
Turnir Azərbaycan komandası üçün  uğursuz başlasa da ( İsraillə oyunda  1:4 hesabı ilə  məğlubiyyət), futbolçularımız növbəti  görüşlərdə Gürcüstan və Lixtenşteyn  yığmalarına  qalib gələrək (müvafiq  surətdə  2:1 və 3:0)  qarşılarında duran ilkin məqsədə nail olmuşlar. Komanda  Avropa  çempionatının elit mərhələsində yoluna davam edəcək.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

21 Noyabr 2018 23:37 - İDMAN
İDMAN
14 İyun 2019 | 23:29
Maradona istefa verib
14 İyun 2019 | 00:40
Transferlərə rekord ödəniş
12 İyun 2019 | 22:18
Ən çox qazanan idmançı
10 İyun 2019 | 19:05
Saviç üçün 100 milyon avro
8 İyun 2019 | 22:10
Eden Hazard “Real”da
7 İyun 2019 | 22:45
Klub satılır

Köhnə versiyamızdan xəbərləri izlə