Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıda ağacəkmə kampaniyası

Masallıda ağacəkmə kampaniyası

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə  təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən ağacəkmə kampaniyasında Masallı rayonunun təhsil ocaqlarının kollektivləri xüsusi fəallıq göstəriblər. 
Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı yaşıllaşdırma marafonunun önəmini açıqlayıb və iştirakçılara uğurlar diləyib. Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iməciliyə birincilər sırasında qoşulublar. Aksiyanın 500 nəfərə qədər iştirakçısı Viləş çayının sahilində ayrılmış ərazidə1000 ədəd çinar və Çin Xalq Respublikasından gətirilmiş tut ağacı tingləri əkib. Ağaclar əkildikdən sonra nazik taxta dayaqlara bərkidilib. Ölkənin müxtəlif regionlarından gələrək kollecdə təhsil alan tələbələr Masallıda onlardan yadigar qalacaq ağacların əkinində fəal iştirak ediblər.
Masallının Tüklə, Hişkədərə, Türkoba, Bədəlan, Qızılavar məktəblərinin şagirdləri də mütəşəkkil şəkildə ağacəkmə aksiyasına qoşulublar. İməcilik zamanı, həmçinin əvvəllər əkilmiş ağac və bəzək kollarına, yaşıllıqlara  da qulluq göstərilib, ərazilərdə səliqə-sahman yaradılıb. Yeni əkilən tut ağacları həm də rayonda baramaçılığın inkişafına güclü stimul verəcək. Yaxın günlərdə bu məqsədlə rayona daha 40 min ədəd tut tingi gətiriləcək.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

21 Noyabr 2018 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə