Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur

Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur

Belarusa rəsmi səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Azərbaycanın və Belarusun strateji tərəfdaşlar olduğunu xatırladan Bahar Muradova qeyd edib ki, dövlətlərimiz bir çox vacib məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir. Bir çox məsələlərdə mövqe birliyi var. Bu səfər zamanı da bildirildi ki, hər iki dövlət bir-birinin maraqlarını qarşılıqlı şəkildə bütün müstəvilərdə qoruyur. Bunun nümunələri bu günə qədər göstərilib.
Milli Məclisin sədr müavini deyib ki, bu səfər həm müzakirə olunan məsələlər, həm imzalanan sənədlər, həm də hər iki prezidentin verdiyi bəyanatın ruhu ilə diqqəti cəlb etdi. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən digər bu kimi münaqişələrin beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll olunmasının vacibliyinin vurğulanması onu göstərir ki, getdikcə dünyada bu mövqeni dəstəkləyən ölkələrin sayı çoxalır. Azərbaycan və Belarus da belə məsələlərdə öndə gedən dövlətlərdir. Eyni zamanda, xalqlarımızın, müvafiq dövlət qurumlarımızın yaxşı münasibətlərinin, o cümlədən prezidentlərimizin möhkəm dostluğunun əlaqələrə çox müsbət təsir göstərdiyinin şahidi oluruq.

21 Noyabr 2018 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə