Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən bir şəxs olduğunu göstərir

XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən bir şəxs olduğunu göstərir

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin Azərbaycana qaytarılmasına qarşı çıxdığını bildirməsi ilə əlaqədar açıqlama yayıb. 
Açıqlamada deyilir: “Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatı ilə, əslində, ölkəsinin üzvü olduğu Cenevrə konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi. Bu addım, həmçinin onun ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi.
Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən bir şəxs olduğunu açıq şəkildə nümayiş etdirir.
Bu bəyanat Paşinyanın sələfi Serj Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir”. 

 

AZƏRTAC

21 Noyabr 2018 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə