Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud ÇAVUŞOĞLU: Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması həll olunmuş məsələdir

Mövlud ÇAVUŞOĞLU: Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması həll olunmuş məsələdir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri zamanı bəyan edib ki, Rusiyadan “S-400” zenit-raket kompleksinin (ZRK) alınması artıq “həll olunmuş məsələdir”, bu barədə razılaşma pozula bilməz. Məlumatı “Reuters”ə istinadən RİA “Novosti” yayıb. 
Bir neçə gün əvvəl Birləşmiş Ştatların Müdafiə Nazirliyinin nümayəndəsi Erik Paxon bildirmişdi ki, Pentaqon Türkiyəyə Rusiyanın S-400 komplekslərinin əvəzində nə təklif etmək məsələsini Konqreslə müzakirə edir. 
“Bu razılaşma həllolunmuş məsələdir, mən onu dəyişə bilmərəm, – deyə Çavuşoğlu amerikalı həmkarı Mayk Pompeo ilə görüşdən sonra jurnalistlərə bildirib. – Ancaq mənə daha artığı lazımdır… Və mən bizim müttəfiqlərimizdən almağa üstünlük verərdim”. 
Xatırladaq ki, Türkiyəyə “S-400” ZRK satışı ilə bağlı razılaşma 2017-ci ilin dekabrında imzalanıb. Razılaşmaya əsasən, Ankara komplekslərin dəyərinin bir hissəsini ödəyəcək, qalan hissəsini isə Rusiya Türkiyəyə müdafiə krediti kimi verəcək. 
Rusiyanın “Rostex” şirkətindən bildirilib ki, söhbət Türkiyəyə 2,5 milyard dollar dəyərində 4 zenit-raket kompleksi divizionunun satılmasından gedir. Türkiyənin müdafiə naziri Hülusi Akar isə bəyan etmişdi ki, ölkəsi “S-400” komplekslərini 2019-cu ilin oktyabrına qədər alacaq. 
Bir qədər əvvəl ABŞ Konqresi Türkiyənin Rusiyadan ZRK almaq planları ilə əlaqədar bu ölkəni “F-35” təyyarələrinin satışının dayandırılacağı ilə hədələmişdi. Senatorlar müdafiə büdcəsinə bir bənd əlavə etmişdilər ki, ona əsasən, Pentaqon rəhbəri Türkiyəyə təyyarələrin satışı məsələsində potensial “əhəmiyyətli dəyişikliklər”in qiymətləndirilməsi ilə bağlı hesabat hazırlamalıdır. Hesabat hazır olana qədərsə təyyarə satışının, ümumiyyətlə, dayandırılması nəzərdə tutulur. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

21 Noyabr 2018 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə