Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnterpolun yeni prezidenti seçilib

İnterpolun yeni prezidenti seçilib

Cənubi Koreya nümayəndəsi Kim Çon Yan İnterpolun yeni prezidenti seçilib.
Bu barədə təşkilatın Tvitter səhifəsində məlumat verilib. Yanın iki il müddətinə rəhbər seçildiyi bildirilib.
Qeyd edək ki, oktyabrın əvvəllərində Çinə səfəri zamanı yoxa çıxan İnterpol rəhbəri Men Xunveyin daha sonra həbs edildiyi məlum olmuşdu. O, korrupsiyada ittiham edilir. Bunun ardınca Hunvey vəzifəsindən istefa vermişdi.
İnterpol rəhbərliyinə seçki Dubayda keçirilib. Kim Çon Yan buna qədər İnterpolun prezidenti səlahiyyətlərini icra edirdi.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın "Times" qəzeti Rusiya nümayəndəsini İnterpolun rəhbəri olmağa əsas namizəd adlandırmışdır. Litva isə rusiyalının İnterpolun başçısı seçiləcəyi təqdirdə təşkilatdan çıxmaqla hədələmişdi.

 

Rövşən ATAKİŞİYEV “Xalq qəzeti”

21 Noyabr 2018 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin