Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft ucuzlaşır

Neft ucuzlaşır

Dünya bazarında “qara qızıl”ın qiyməti ucuzlaşmaqda davam edir. 
Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 4,7 faiz ucuzlaşaraq bir bareli 63,38 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 4,25 faiz ucuzlaşaraq bir bareli 54,79 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 4,8 faiz ucuzlaşaraq bir bareli 65,32 dollar olub.
Ekspertlər bildiriblər ki, ABŞ-da neft hasilatının rekord dərəcədə artması və OPEC-in öz planını düzgün qurmaması dünya bazarında “qara qızıl”ın qiymətinin aşağı düşməsinə səbəb olub.
Neft ölkələri həyəcan keçirirlər ki, neftin qiyməti yenidən 2014-cü ildəki minimuma enə bilər. Buna görə də neftin qiymətinin sabitləşməsi üçün məsləhətləşmələr aparırlar.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

21 Noyabr 2018 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin