Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkənddə Hüseyn Cavid anılıb

Daşkənddə Hüseyn Cavid anılıb

Science.gov.az saytının verdiyi xəbərə görə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev “Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb qarşıdurması” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində diqqəti H.Cavidin məkan seçimində Avrasiya coğrafiyasına önəm verməsinə, xüsusilə “Topal Teymur” pyesində Səmərqənddən bəhs etməsinə, “Səyavuş” faciəsində müasir orta Asiyanı obyekt kimi götürməsinə, “Uçurum” əsərində İstanbul və Parisi, “Knyaz” və “Azər”də Almaniyanı – Berlini canlandırmasına yönəldib.

Bildirib ki, H.Cavid dramaturgiyasında Şərq-Qərb qarşıdurması milli-mənəvi, əxlaqi dəyərlərin qorunması ideyasını özündə cəmləşdirir. Bundan əlavə, Şərq düşüncəsinin və davranış mədəniyyətinin üstünlükləri romantizm estetikasının prinsipləri mövqeyindən işıqlandırılır.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

21 Noyabr 2018 18:32 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə