Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar

Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar

Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə istedadlı şagirdlər üçün xüsusi siniflərdə tədris prosesinin təkmilləşdirilməsi, tədris plan və proqramlarının müzakirə edilməsi, yerlərdə görülən işlər barədə məlumatların toplanması məqsədi ilə seminar keçirilib.

Bakı şəhəri və 15 rayondan 120 müəllimin iştirakı ilə keçirilən seminarda rəy və təkliflər dinlənilib, müəllimlərlə öyrədici iş aparılıb, bu siniflərdə həyata keçiriləcək bir sıra məsələlər geniş müzakirə edilib. Belə seminarların tədris ili ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, istedadlı şagirdlər üçün  riyaziyyat-informatika təmayüllü (7-ci siniflər) və təbiət elmləri təmayüllü (8-ci siniflər)  siniflər yaradılıb.  

                                                

 Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

21 Noyabr 2018 18:21 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin