Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Narkomaniya ilə mübarizəyə və insan hüquqlarına dair təlim

Narkomaniya ilə mübarizəyə və insan hüquqlarına dair təlim

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə “Təhsilalanlar arasında narkotik vasitələrin istifadəsi ilə mübarizə” mövzusunda təlim keçirilib. Təlimlərə “Məktəblinin dostu” layihəsindən və uşaq-gənclər idman məktəblərindən ümumilikdə 70 əməkdaş cəlb edilib.

Təlimlər sağlam həyat tərzi üzrə təbliğat kampaniyasının təşkili, təhsil müəssisələrində çalışan pedaqoji heyətin zərərli vərdişlərlə mübarizə barəsində maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə təşkil olunub.

Təlimlərdə təhsildə psixososial xidmətin təşkili, zərərin azaldılması, insan alveri, yoluxucu xəstəliklər, stressin növləri və aradan qaldırılması, böhranlı vəziyyətlərdə psixoloji reaksiya və ilkin psixoloji yardım, posttravmatik stress pozuntusu, məişət zorakılığı zamanı ilkin yardım alqoritmləri və  digər mövzular əhatə olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

21 Noyabr 2018 18:17 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə