Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olublar

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olublar

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, Vüqar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olub. Əvvəlcə İSİ-nin direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi qurumda yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib.

science.gov.az saytı yazır ki, qonaqlar institutda həyata keçirilən “Artezian quyularının nəzarət, diaqnostika və idarəetmə sistemlərinin effektivliliyinin yüksəldilməsi üçün intellektual metodların işlənilməsi və tətbiqi” və “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azadılması məqsədi ilə intellektual seysmo-akustik erkən xəbərdarlıq sisteminin yaradılması” layihələri ilə tanış olublar. 

Sonda əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

21 Noyabr 2018 18:14 - ELM
ELM
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə