Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ənənəvi söyləyicilik sənəti (Şirvan folklor mühiti əsasında)”

 “Ənənəvi söyləyicilik sənəti (Şirvan folklor mühiti əsasında)”

AMEA Folklor İnstitutunun Mərasim folkoru şöbəsinin böyük elmi işçisi, Atəş Əhmədlinin “Ənənəvi söyləyicilik sənəti (Şirvan folklor mühiti əsasında)” kitabı işıq üzü görüb. Şirvan folklor mühiti əsasında yazılmış monoqrafiyada ənənəvi söyləyicilik sənətindən bəhs olunur. Monoqrafiyada söyləyicilik subyekt - janr - mühit müstəvisində araşdırılıb, söyləyiciliyin sənət səviyyəsinə yüksəlməsini təmin edən əsaslar müəyyənləşdirilib.

science.gov.az saytı yazır ki, söyləyicilik sənəti ilə bağlı folklorşünaslığımızda ilk dəfə monoqrafik səpkidə hazırlanmış bu kitab alim və mütəxəssislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın elmi redaktoru Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, "Ön söz"ün müəllifi, Asif Hacıyev, rəyçilər Seyfəddin Rzasoy, Ağaverdi Xəlil, Əziz Ələkbərli və Məhəmməd Məmmədovdur. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

21 Noyabr 2018 18:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə