Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqili Teatrda uşaqlar üçün

Musiqili Teatrda uşaqlar üçün

Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr payız tətili günlərində balaca teatr həvəskarlarını sevindirmişdir.

Teatrın kollektivi həmişə olduğu kimi, bu dəfə də onların tətil vaxtlarının şən və əyləncəli keçməsini nəzərə alıb. Artıq dünəndən başlayaraq “Yağış göbələyinin macərası” (R.Şəfəq,V.Zimin) tamaşası teatrın səhnəsində 3 dəfə göstərilib və uşaqlar tərəfindən alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) və “Qoğalın məcarası” (Rus xalq nağılı) tamaşaları da  nümayiş olunmuşdur.

Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Rauf Babayev, Yulya Heydərova, Əliməmməd Novruzov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Emil Heydərov, Pərviz Məmmədov, Eleanora Mehdiyeva, Mehriban Rəcəbova, Valeriya İsgəndərzadə, Roman Krasnov, Murad Əliyev və başqalarının ifa etdikləri maraqlı rollar balaca tamaşaçıların ürəyincə olmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 Noyabr 2018 15:20 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə