Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan musiqisi Amerikada

Azərbaycan musiqisi Amerikada

Azərbaycan fortepiano məktəbinin tanınmış nümayəndəsi və təbliğatçısı  Pərvin Muradovanın təşkilatçılığı ilə görkəmli bəstəkar,  Azərbaycan Respublikasının  Xalq artisti  Cövdət Hacıyevin xatirəsinə  həsr edilmiş gənc ifaçıların Florida Keys I Beynəlxalq musiqi müsabiqəsi keçirilmişdir.

Müsabiqədə Azərbaycanı kiçik yaş qrupunda təmsil edən gənc pianoçu, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi fortepiano şöbəsinin V sinif şagirdi Alıyeva Münəvvər parlaq çıxışı ilə fərqlənərək münsiflər heyətinin qərarı ilə birinci yerə, məktəbin məzunu, Prezident təqaüdçüsü Cavid Yusifzadə isə professional yaş qrupunda müvəffəqiyyətlə çıxış edərək birinci yerə və münsiflər heyətinin qərarı ilə “Amerika bəstəkarı əsərinin ən yaxşı ifaçısı”  adına layiq görülmüşdür.

Hər iki istedadlı azərbaycanlı musiqiçi  Nyu-Yorkda dünyanın mötəbər konsert zalları sırasında özünəməxsus yeri olan Karnegi hollda qaliblərin yekun konsertində uğurla çıxış etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 Noyabr 2018 15:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə