Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradılıb

İsveçdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradılıb

İsveç Akademiyası Nobel Fondu ilə birlikdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaratmağı qərara alıb. Bu barədə qurumun mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, builki Nobel həftəsinin özəlliyi ədəbiyyat üzrə mükafatın qalibinin adının açıqlanmaması olub.   Qalib, çox güman ki, 2019-cu ildə məlum olacaq. Mükafatı verən İsveç Akademiyası may ayında üzvlərinin sayının azalması və dünyada ona olan etibarın zəifləməsi fonunda təltifetmənin təxirə salınmasına dair qərar qəbul edib.

Qaydalara əsasən, Akademiyaya yeni üzvlərin qəbulu üçün 12 nəfərlik kvorum tələb olunur, lakin qalmaqaldan sonra orada 11 ədib qalıb. Natamam sayda səslə laureatın seçilməsi isə mübahisəli ola bilərdi və Nobel Fondu da bu barədə açıqlama verib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 Noyabr 2018 15:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə