Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU valideyn himayəsindən məhrum uşaqlari unutmur

ATMU valideyn himayəsindən məhrum uşaqlari unutmur

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup müəllim və tələbəsi xeyriyyə tədbirləri çərçivəsində Suraxanı rayonundakı 2 saylı Uşaq evini ziyarət ediblər. Adıçəkilən müəssisəyə növbəti səfər ölkənin sosial həyatında önəmli tədbirlərə uyğun olaraq valideyn himayəsindən məhrum uşaqlara diqqət və qayğının konkret ifadəsidir.

ATMU-nun ziyarətçiləri adından Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Faina Qaçabəyova  bildirib ki, azyaşlı uşaqların hər zaman xoş təbəssümə, şirin sözə ehtiyacları var. Məhz bu səbəbdən də həmin uşaqları unutmur, mütəmadi ziyarət edirik.

F.Qaçabəyovanın dediyinə görə Suraxanıdakı 2 saylı Uşaq evində məskunlaşan  uşaqların istək və arzuları ilə də maraqlanıblar. Onların ifasında milli və xarici rəqslərə tamaşa ediblər. Uşaqlarla yenidən görüşmək vədi ilə ATMU adından hədiyyələrlə sevindiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq  qəzeti”

21 Noyabr 2018 14:37 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə