Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər il dünyada 15 milyondan çox körpə vaxtından əvvəl doğulur

Hər il dünyada 15 milyondan çox körpə vaxtından əvvəl doğulur

Hamiləliyin 37 həftəsindən əvvəl dünyaya gələn körpələr vaxtından əvvəl doğulmuş olaraq qəbul edilir. Bu baxımdan Azərbaycanda da 2015- ci il yanvar ayından  diri doğulma meyarları dəyişib. 23 həftəsində doğulmuş körpələrə sağ qalma şansı verilərək, müvafiq tibbi müdaxilələr olunur , yaşaması zəminində addımlar atılır.

 Doğuşun vaxtından əvvəl baş verməsi problem kimi, ilk dəfə 2008- ci ildə İtaliyada Avropa ailə təşkilatı tərəfindən qaldırılıb. Təşkilatın nümayəndələri cəmiyyətin bu problemə diqqətini artırmaq üçün, həmin ildən noyabrın 17-ni Ümumdünya vaxtından əvvəl doğulmuşlar günü olaraq qeyd etməyi irəli sürüb.

 Lakin ilk dəfə 2009 cu ildə Vyana şəhərində professorlar Arnold Pollak və Angelika Berqer birlikdə işlədikləri tibb işciləri ilə il ərzində Vyanada doğulmuş 500 prematür körpənin şərəfinə 500 şarı eyni anda səmaya buraxmaq üçün toplanıblar.

 2010-cu il  noyabrın 17-də  bu marafona daha 12 Avropa ölkəsi qoşulub. 2011-ci ildən etibarən 17 noyabr “Ümumdünya vaxtından əvvəl (prematürlər) doğulmuşlar” günü olaraq bütün dünyada geniş miqyasda qeyd edilir.

 Azərbaycanda rəsmi olaraq 2015-ci ildən 17 noyabr Dünya vaxtından əvvəl doğulmuşlar günü qeyd olunur. Bu münasibətlə K.Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunda vaxtından əvvəl doğulan körpələrə hədiyyələr paylanılıb və havaya  bugünə  məxsus olan bənövşəyi şarlar buraxılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Noyabr 2018 12:53 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə