Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəblilər Adil Şan və Sara Pourla görüşüblər

Məktəblilər Adil Şan və Sara Pourla görüşüblər

Bakının Binəqədi rayonu 283 nomrəli tam orta məktəbində "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" və "Avrasiya  Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai birliklərinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Türkiyə televiziya kanallarından seyr etdiyimiz “Diriliş Ərtoğrul” dizisindən yaxşı tanıdığımız, Suriya Türkmənlərinin tanınmış ziyalısı və sənətçisi Adil Şan və araşdırmaçı yazar  Sara Pourla göruşə həsr olunmuş tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib

Q. Paşayeva türkmən qardaşımızı, gözəl sənət ustası, heyranedici səsə malik Adil Şanı tədbir iştirakçılarına təqdim edərək şagirdlərimizə vətən sevgisi aşılayan çağırışlar etmişdir.  Deputat  işğalda olan torpaqlarımızın da tezliklə azad olunacağını bildirmiş, Azərbaycan tarixini, xalqımızın keçdiyi mübarizə yolunu unutmamağa, sevməyə  və bunun üçün savadlanmağa, yaxşı oxumağa böyük ehtiyac olduğunu və bunun vacibliyini diqqətə çatdırmışdır.

Məktəbin direktoru Tünzalə Zeynalova  da çıxış edərək şagirdlərimizə və gənclərimizə tariximizi, ədəbiyyatımızı və milli-mənəvi dəyərlərimizi öyrənməyə çağırış edib.

Tədbir Adil Şanın konserti və Sara Pourun maraqlı çıxışı, həyat hekayələrini anlatmaqla davam edib.

Tədbirdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri, Arzu Bağırova, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu, qazilərimiz və digər tanınmışlar iştirak ediblər.  Görüşün sonunda qonaqlara və qazilərimizə  Azərbaycanla bağlı hədiyyələr təqdim olunmuşdur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Noyabr 2018 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin