Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublika Perinatal Mərkəzində seminar keçirilib

Respublika Perinatal Mərkəzində seminar keçirilib

Seminarda ölkənin müxtəlif tibb müəssisələrinin radioloqları, kardioloq, reanimatoloq, ginekoloq, neonatoloq və pediatrları iştirak ediblər.

Tədbirdə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, mərkəzin baş həkimi Sevinc Məmmədova çıxış edərək seminarın bütün səhiyyə ocaqlarında çalışan həkim-mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Bu gün vaxtından əvvəl doğulmuş uşaqların günüdür. İştirak etdiyimiz tədbir də bu tarixlə əlaqədar mərkəzdə keçirilən növbəti toplantıdır. Tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulmuş körpələrdə ürək qüsurlarının erkən aşkarlanmasının üsullarını birgə müzakirə etməkdir. Belə ki, həmin uşaqların təxminən yarısında yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır. Bu problemlərə ürəklərində bəzi pərdə və pəncərələrin açıq qalması da aiddir. Uşaqlarda həmin problemləri erkən aşkarladıqda və düzgün müalicə etdikdə onlar ömürlərinin sonunacan ürək qüsurlarından qaçmış olurlar və sağlam böyüyürlər. Bu səbəbdən fetal exokardioqrafiyaya böyük əhəmiyyət verilir".

Tədbir radioloq Azər Fərəcin monoleksiyasının dinlənilməsi ilə davam etdirilib.

Seminarın sonunda həkimlərə davamlı tibbi təhsil üzrə 5 kredit ballıq sertifikatlar verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Noyabr 2018 11:21 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə