Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 21 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 21 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013,  № 11, maddə 1325, № 12, maddə 1545; 2015, № 10, maddə 1141; 2017, № 12  (I kitab), maddə 2284) 2-ci hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2018-ci il

20 Noyabr 2018 22:53 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə