Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP-ın yaradılmasının 26-cı ildönümü Astarada qeyd edilib

YAP-ın yaradılmasının 26-cı ildönümü Astarada qeyd edilib

Astarada Yeni Azərbaycan Partiyasının (YAP)  yaradılmasının 26-cı ildönümü böyük təntənə ilə qeyd edilib. Tədbir iştirakçıları ulu öndərin YAP Astara rayon təşkilatının inzibati binasındakı abidəsi önünə gül dəstələri düzərək, ümummilli liderin əziz xatirəsini hörmətlə yad ediblər.
YAP  Astara rayon təşkilatının  akt zalında davam edən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının keçdiyi 26 illik tarixi yoldan, bu müddətdə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan uğurlu nəticələrin bu gün partiyanın sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıb.
RİH başçısı bildirib ki, ötən illər Yeni Azərbaycan Partiyasının həyatında, müstəqil – suveren Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünya birliyində özünə layiqli yer tutmasında uğurlu illər olmuşdur.
YAP təkcə bu günlə yox, daha çox gələcəklə yaşayır. Ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Partiyanın dünəni zəngin və şərəflidir. Partiyanın bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Biz indi gələcəyə xidmət edirik. Aydın proqramımız, güclü rəhbərimiz və partiyamızın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək, möhtəşəm uğurlara imza atırıq.
Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan danışıblar. 
Sonra YAP sıralarına yeni qoşulan gənclərə partiyanın üzvlük vəsiqələri və fəal gənclərə Fəxri fərmanlar təqdim olunub.

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin 
bölgə müxbiri

20 Noyabr 2018 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin