Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Energetika Nazirliyi açıq tender elan edir

Azərbaycan Respublikasının Energetika Nazirliyi  açıq tender elan edir

Tender 1 lot üzrə keçirilir.
“Ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təminat , isitmə məqsədilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyətilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılması tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması” işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Heydər Əliyev prospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ofisindən əldə edə bilərlər. Əlaqələndirici şəxs – Gülnarə Nuriyeva (telefon 598 16 53/54 – daxili 1130, mob: +994504502085)
İştirak haqqı 1100,00 manatdır.
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
 Kod: 210005
 VÖEN:1401555071
 M/h: AZ41NABZ 01360100000000003944 
 SWİFT :CTREAZ22
Alan: Energetika Nazirliyi
 VÖEN:1300087531
 Hh: AZ44CTRE 00000000000002218301
Təyinatı mütləq yazılmalıdır!
Təyinatı: Tenderdə iştirak haqqı
 Energetika Nazirliyi
 XHK 2218301 
 Büdcə səviyyəsinin kodu-7
 İqtisadi təsnifat- 142340
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə ­olmalıdır);
-tender təklifi dəyərinin 5%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının (o cümlədən hüquqi şəxslərin birliyinə daxil olan iddiaçılar) hüquqlarını, ixtisaslarını və ixtisas göstəricilərini təsdiq edən sənədlər;
-iddiaçının (o cümlədən hüquqi şəxslərin birliyinə daxil olan iddiaçılar) işçi heyətinə (mütəxəssislər və ekspertlər) daxil olacaq mütəxəssislərin peşəkarlığını və təcrübəsini təsdiq edən sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 dekabr 2018-ci il, saat 12.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 9 yanvar 2019-cu il saat 11.00-a qədər Bakı, Heydər Əliyev prospekti, 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 13-cü mərtəbəsində yerləşən ofisinə (ümumi şöbəyə) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 10 yanvar 2019-cu il saat 15.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ofisində açılacaqdır. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

 

Tender komissiyası

20 Noyabr 2018 22:32 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Dekabr 2018 | 21:12
Bildiriş

Ən son xəbərləri səhifəmizdən də izləyin