Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan: Türkiyə Rusiyanı özünün etibarlı tərəfdaşı hesab edir

R.T.Ərdoğan: Türkiyə Rusiyanı özünün etibarlı tərəfdaşı hesab edir

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Ankarada “Türk axını” layihəsinin dəniz hissəsinin tamamlanması mərasimində iştirak ediblər. R.T.Ərdoğan çıxışı zamanı Türkiyənin Rusiyanı özünün etibarlı tərəfdaşı hesab etdiyini bildirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
R.T.Ərdoğan sonra deyib: “Bu layihə ilə həm özümüzün, həm də Avropanın təbii qaz ehtiyacını təmin edəcəyik. Biz Rusiya ilə münasibətlərimizi digər ölkələrin istəyinə uyğun qurmadıq. Həm bölgədə, həm də qlobal sahədə sülhün və sabitliyin təmin edilməsi üçün rusiyalı dostlarımızla çox çalışdıq. Xüsusilə Suriyada bunun bəhrəsini gördük. Hazırda “Akkuyu” Atom Elektrik Stansiyası layihəsini də Rusiya ilə birlikdə həyata keçiririk”.
R.T. Ərdoğanın sözlərinə görə, Türkiyə 1987-ci ildən bu vaxta qədər Rusiyadan 387 milyard kubmetr təbii qaz idxal edib. Bu, ona dəlalət edir ki, iki ölkə arasında bütün sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlıq dərinləşib. O, ticarət dövriyyəsinin həcminin yaxın gələcəkdə 100 milyard dollara çatdırılacağına ümid etdiyini bildirib.   
Rusiya Prezidenti V.Putin, öz növbəsində Moskvanın Türkiyə ilə bundan sonra da bütün sahələrdə əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu söyləyib. O  deyib ki, hazırda Rusiyanın Çinlə ticarət dövriyyəsi 100 milyard dollara çatır. Türkiyə ilə də belə yüksək göstəriciyə nail olmaq mümkündür. 
Rusiyanın dövlət başçısı sonra bu sözləri vurğulayıb: “Türk axını” layihəsinin təməli 2016-cı ilin 10 oktyabrında atılmışdı. Bu layihənin adını hörmətli Ərdoğan vermişdir. Cəmi 2-3 il keçəndən sonra layihənin ən çətin hissəsini tamamladıq”. 
V.Putin “Türk axını” layihəsinin ikinci hissəsinin də uğurla başa çatdırılacağına əmin olduğunu bildirib. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti”

20 Noyabr 2018 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin