Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa BMT-nin yeni qlobal miqrasiya sazişini imzalamayacaq

Polşa BMT-nin yeni qlobal miqrasiya sazişini imzalamayacaq

Polşa BMT-nin hazırladığı miqrasiya ilə bağlı qlobal sazişi imzalamaq niyyətində deyil. Belə bir bəyanatla Polşanın milli müdafiə naziri Mariuş Blaşak ölkə radiosunun efirində bəyan edib. Məlumatı RİA “Novosti” verib. 
Bəli, biz hesab edirik ki, bu, heç də yaxşı qərar deyil, – deyə Blaşak radio əməkdaşının Polşanın qlobal sazişi, doğrudanmı, imzalamayacağı barədəki sualını cavablandırarkən deyib. – Bu qərar miqrasiya böhranının qarşısını almaq üçün heç də ən münasib metod deyil, əksinə, bu, böhranın və onun nəticələrinin daha da ağırlaşmasına gətirib çıxaracaq. 
Qeyd edək ki, BMT-nin təhlükəsiz, sahmanlı və mütəmadi miqrasiya haqqında qlobal sazişinin bu ilin dekabrında Mərakeşdə keçiriləcək beynəlxalq konfransda imzalanması nəzərdə tutulur. Lakin bəzi ölkələr sənədlə razılaşmır. ABŞ sazişlə bağlı danışıqlardan hələ 2017-ci ildə çıxıb. Prezident Donald Tramp o zaman bəyan etmişdi ki, sənəd ölkənin miqrasiya siyasəti ilə qəti şəkildə bir araya sığmır. 
Avstriya bu il oktyabrın axırlarında sazişdən imtina etdiyini bildirmişdi. Bir sıra ölkələrin liderləri, o cümlədən, Çexiya Prezidenti Miloş Zeman sazişin şərtləri ilə razılaşmadıqlarını bəyan etmişdilər. Bolqarıstanın hakim koalisiya şurası da ölkənin qlobal sazişə qoşulmasının yolverilməz olduğu barədə qərar qəbul etmişdi. 
Bu ilin yayında isə Macarıstanın xarici işlər naziri Peter Siyyarto demişdi ki, yeni hazırlanan sənəd ölkənin təhlükəsizlik sahəsində maraqları ilə daban-dabana ziddir. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

20 Noyabr 2018 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin