Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kataloniyada qatar qəzası

Kataloniyada qatar qəzası

İspaniyanın Kataloniya əyalətində sərnişin qatarının relsdən çıxması nəticəsində 1 nəfər həlak olub, 44 nəfər xəsarət alıb.
Hadisə səhər saatlarında Tarrasa şəhəri ilə Menres yaşayış məntəqəsi arasında baş verib. Hərəkət müvəqqəti olaraq dayanıb. 
TASS-ın məlumatına görə, sərnişin qatarında 130 sərnişin olub. Onlardan 41 nəfəri yüngül xəsarət alıb. Hadisə yerinə mülki müdafiə qərargahının əməkdaşları, “təcili yardım”ın həkimləri və polislər gəliblər. Sərnişinlərin hamısı evakuasiya edilib.
Ekspertlər bildiriblər ki,sərnişin qatarının qəzaya uğramasına səbəb torpaq sürüşməsi olub.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

20 Noyabr 2018 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin