Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniya yenidən Cəbəllütariq iddiasındadır

İspaniya yenidən Cəbəllütariq iddiasındadır

İspaniyanın xarici işlər naziri Yosep Borell Brüseldə Aİ xarici işlər nazirlərinin şurasından sonra “Brexit” lə bağlı  jurnalistlərə açıqlama verib. Yosep Borell  bildirib ki, İspaniya hökuməti Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında "Brexit"lə bağlı  sazişi o halda dəstəkləyə bilər ki, bu sazişin şərtləri Cəbəllütariqin statusuna şamil olunmasın. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Nazir sözügedən məsələnin hələ də açıq qaldığını, həll olunmayanadək "Brexit"lə bağlı sazişə səs verməyəcəklərini vurğulayıb.
Xatırladaq ki, 1713-cü ildən Böyük Britaniyanın bir hissəsi olan Cəbəllütariqin 1967-ci və 2002-ci illərdə keçirilmiş referendumlarda böyük səs çoxluğu ilə İspaniyanın tərkibinə qaytarılmasını rədd etməsinə baxmayaraq, İspaniya 35 min əhalisi olan bu kiçik ərazinin onlara məxsus olduğuna iddia edir.
Qeyd edək ki, bundan əvvəl   Avropa İttifaqının (Aİ) Nazirlər Şurası Böyük Britaniyanın təşkilatdan çıxmasının şərtlərinə dair sazişin layihəsini dəstəkləyib.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

20 Noyabr 2018 22:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə