Ən son xəbərlər

Son buraxılış
Arxiv

Büdcə ilə bağlı razılıq əldə edilməyib

Büdcə ilə bağlı razılıq əldə edilməyib

Avropa Parlamentinin deputatları və Avropa İttifaqına (Aİ) üzv ölkələrin nümayəndələri qurumun gələn il üçün nəzərdə tutulan büdcə layihəsi ilə bağlı razılığa gələ bilməyiblər. Bu barədə “Euronews” agentliyi xəbər verib.
Mənbə yazır ki, tərəflər nəzərdə tutulan müddətədək hamını qane edəcək razılıq əldə edə bilməyib və bu məsələ ilə bağlı Brüsseldəki danışıqlar dayandırılıb.
Qeyd edək ki, Avropa Komissiyası 165,6 milyard avro həcmində büdcənin qəbul olunmasını təklif edib. Lakin danışıqlar başlanandan dərhal sonra Aİ-yə üzv ölkələrin nümayəndələri əvvəlcədən planlaşdırılmış həcmi 1,5 milyard avro azaltmağı, Avropa parlamentinin deputatları isə, əksinə, 770 milyon avro artırmağı tələb ediblər. Avropa Komissiyasının təklif etdiyi büdcə layihəsi indiki səviyyədən 3 faiz çoxdur.
Məlumat üçün deyək ki, qarşıdakı bir neçə gün ərzində büdcə üzrə yeni təkliflər hazırlanmalıdır. Ehtimal var ki, cari ilin sonunadək razılaşma əldə ediləcək.
Aİ-nin büdcə üzrə komissarı Günter Ottinger bildirib ki, danışıqlarda konsensus olmayacağı təqdirdə maliyyələşdirmə aybaay həyata keçiriləcək. O zaman 2019-cu ildə artırılması planlanlaşdırılan büdcəyə deyil, hazırda mövcud olan büdcəyə əsaslanmaq lazım gələcək.

 

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

 

20 Noyabr 2018 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin