Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizdə təmsil olunub

Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizdə təmsil olunub

VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Tədbir çərçivəsində humanitar sahənin müxtəlif istiqamətləri – mədəniyyət, təhsil, media, nəşriyyat işi, informasiya texnologiyaları, əqli mülkiyyət və s. üzrə 14 bölmədə müxtəlif konfrans, “dəyirmi masa”, sessiya, mühazirə və sərgilər, habelə mədəni proqramlar təşkil edilib. Tədbirə 100-dən çox ölkədən  35 minə yaxın nümayəndə qatılıb. Forumda Əqli Mülkiyyət Agentliyi ölkəmizi təmsil edib.Bu barədə agentlikdən məlumat verilib.
Beynəlxalq Mədəniyyət Forumunun “Kütləvi kommunikasiyalar” bölməsində keçirilən “Yaradıcılıq kontentinin şəbəkədə qorunması” adlı paneldə internetdə əqli mülkiyyət hüquqlarının pozulması və ona qarşı mübarizədə əldə edilən nəticələr müzakirə olunub. “Cult&Tech: kontentin yeni iqtisadiyyatı” adlı “dəyirmi masa”da isə ekspertlər tərəfindən qlobal rəqəmsal mühitdə gəlir əldə etmək üçün ən mütərəqqi biznes-modellər və innovativ yanaşmalar, müasir dünyada süni intellekt, blokçeyn, böyük həcmli informasiya axınının yaradıcılıq məhsullarının dövriyyəsi üçün yaratdığı geniş imkanlar haqqında fikir mübadiləsi aparılıb.
Müzakirәlərdə Əqli Mülkiyyət Agentliyinin  informasiya texnologiyaları və dərc şöbəsi  müdirinin müavini Kəmalə Baxışova ölkәmizdә әqli mülkiyyәtә hörmәtin aşılanması, piratçılıq və saxtamalçılığa qarşı mübarizə, ictimai maarifləndirmə və s. istiqamətdə həyata keçirilәn tәdbirlәr haqqında mәlumat verib.

 

Ü.VAHİDQIZI, “Xalq qəzeti”

 

20 Noyabr 2018 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin