Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 489   Bakı şəhəri, 16 noyabr 2018-ci il

 

 

“Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” 2012-ci il 3 avqust tarixli 171 nömrəli, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli və “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2016-cı il 24 noyabr tarixli 481 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820; 2013, № 6, maddələr 746, 774; 2017, № 2, maddə 315, № 8, maddə 1624; 2018, № 4, maddə 808) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsinin 1.4.31-ci yarımbəndinin birinci cümləsi çıxarılsın və üçüncü cümləsində “gigiyenik sertifikat” sözləri “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarışın surəti, qida təhlükəsizliyi sertifikatı” sözləri ilə əvəz edilsin. 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, 
№ 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758; 2018, № 2, maddə 343, 
№ 3, maddə 622, № 4, maddə 809, № 5, maddə 1126; 2018, № 8, maddə 1817; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 oktyabr tarixli 447 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1.18-ci yarımbənddə “normativ və texniki sənədlərdə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 2.1.25-1-ci yarımbənd əlavə edilsin:
“2.1.25-1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı - qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğun təmin edilməsi məqsədi ilə onların fəaliyyətinin yoxlanılması, yeyinti məhsullarının ekspertizadan keçirilməsi və həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması;”;
2.3. 2.1.35-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.35. qida təhlükəsizliyi göstəriciləri - qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunan yeyinti məhsullarının istehsalında istifadə edilən bitki və heyvan mənşəli xammalın və qida əlavələrinin, tamlı maddələrin, köməkçi emal maddələrinin tərkibində kimyəvi və dərman maddələrinin, bioloji, mikrobioloji və digər preparatların qida təhlükəsizliyi göstəriciləri;”;
2.4. 3.4-cü bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“İctimai iaşə obyektlərinin mülkiyyətçisi və ya rəhbəri (satıcısı) qida təhlükəsizliyi qeydiyyatına alan orqan və dövlət qeydiyyatı haqqında məlumat verməlidir.”; 
2.5. 4.5-ci bənddə “normativ-texniki sənədlər, standartlar və təchizat müqavilələri ilə” sözləri “texniki normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;
2.6. 5.10.4-cü yarımbənddə “normativ sənədlərin” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
2.7. 4.6-cı bənddə “müvafiq normativ-texniki sənədlərin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
2.8. 4.8-ci bənddə və 4.13-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “normativ sənədlər” sözləri ismin müvafiq hallarında “texniki normativ hüquqi aktları” sözləri ilə əvəz edilsin;
2.9. 5.15.1-ci yarımbənddə “o cümlədən, toksikoloji rəy, karantin ekspertizası şəhadətnaməsi” sözləri “qida məhsulları istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış, qida təhlükəsizliyi sertifikatı” sözləri ilə əvəz edilsin;
2.10. 5.18-ci, 6.3-cü, 6.4-cü, 7.6-cı, 7.15-ci, 19.4-cü bəndlər və 23.21.3-cü yarımbənd ləğv edilsin;
2.11. 5.20-ci bənddə “normativ sənədlərə” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;
2.12. 5.24-cü bənddə “standartların” sözü “həmin sənədlərin” sözləri ilə əvəz edilsin;
2.13. 5.35-ci bəndə “qənnadı məmulatları” sözlərindən sonra “meyvə-tərəvəz məhsulları” sözləri əlavə edilsin;
2.14. 5.49-cu bəndin ikinci cümləsində “qanunvericiliklə” sözü “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində” sözləri ilə əvəz edilsin;
2.15. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.1. Yeyinti məhsullarının qablaşdırılması və etiketlənməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.”;
2.16. 6.2-ci bəndə “şəhadətnamə” sözündən sonra “, çıxarış” sözü əlavə edilsin;
2.17. 6.12-ci bənddə “müvafiq standartların” sözləri “texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
2.18. 6.13.5-ci və 6.13.10-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“6.13.5. istehsalçısı qida təhlükəsizliyi qeydiyyatına alınmayan yeyinti məhsulları;
6.13.10. mənşəyi və keyfiyyəti barədə sənədləri olmayan.”;
2.19. 7.2-ci və 16.7-ci bəndlərdə “normativ-texniki sənədlərin” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
2.20. 7.3-cü bənddə “keyfiyyətinə görə yararsız olanlar” sözləri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsi ilə müəyyən olunmuş tələblərə cavab vermədikdə” sözləri ilə əvəz edilsin;
2.21. 7.14-cü bənddə “normativ-texniki sənədlərdə” sözləri “texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
2.22. 16.3-cü bəndin birinci cümləsində “normativ-texniki sənədlərin” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Qənnadı məhsullarının qablaşdırılmasının üzərindəki məlumatlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olmalıdır.”;
2.23. 16.6.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“16.6.1. istehsalçısı qida təhlükəsizliyi qeydiyyatına alınmayan yeyinti məhsulları, mənşəyi və keyfiyyəti barədə sənədləri olmayan;”; 
2.24. 19.2-ci bənddə “fitosanitar nəzarəti orqanları” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;
2.25. 19.5-ci bənddə “bu Qaydaların 5.10-cu bəndində” sözləri “məhsulun etiketində” sözləri ilə əvəz edilsin;
2.26. 20-1.14-cü bəndə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra “həmin məhsulların keyfiyyətinə nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri əlavə edilsin;
2.27. 20-1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“20-1.5. Yarmarkalarda minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər (illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ailə-kəndli təsərrüfatları istisna olmaqla) tərəfindən istehsal edilmiş kənd təsərrüfatı məhsulları satışa çıxarıla bilər.”;
2.28. 23.6.5-ci yarımbənddə “iaşə məhsullarının və göstərilən xidmətlərin istinad edildiyi normativ sənədlər” sözləri “iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd (resept)” sözləri ilə əvəz edilsin;
2.29. 23.13-cü bənddən “normativ sənədlərin məcburi tələblərinə və” sözləri və ikinci cümlə çıxarılsın;
2.30. 23.16-cı bənddə “normativ sənədlər” sözləri “texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin;
2.31. 23.21-ci bənddə “normativ-texniki sənədlərin” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.
3. “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1737) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə Elan”ın “Qeyd” hissəsində “ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq və ya fitosanitar sertifikatlarının surəti, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti” sözləri “ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Satınalan təşkilatlarla “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin 2.1.2-ci yarımbəndində, 5.2-ci bəndində ismin müvafiq hallarında “standartlar” sözü ismin müvafiq hallarında “texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin və həmin əlavənin 4.3.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“4.3.4. ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti.”; 
3.3. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 5.1-ci və 5.3-cü bəndlərində ismin müvafiq hallarında verilən “standartlar” sözü ismin müvafiq hallarında “texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin və həmin əlavənin 4.3.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“4.3.3. ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti.”. 
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın 15-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“15. Qida təhlükəsizliyi sertifikatı, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış.”.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin