Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 488  Bakı şəhəri, 16 noyabr 2018-ci il

 

 

zərbaycan Respublikası Nazirlər Kabinetinin “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə” 2005-ci il 13 iyul tarixli 135 nömrəli və “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 6 oktyabr tarixli 158 nömrəli qərarlarının ləğv edilməsi və “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 16 avqust tarixli 154 nömrəli, “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2005, № 7, maddə 668; 2006, № 9, maddə 817, № 12, maddə 1153; 2008, № 1, maddə 39; 2010, № 12, maddə 1122; 2013, № 5, maddə 581; 2014, № 2, maddə 201; 2015, № 2, maddə 236; 2016, № 5, maddə 955; 2017, № 11, maddə 2181; 2018, № 2, maddə 334) ləğv edilsin.
2. “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 783; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32, № 3, maddə 205; 2014, № 2, maddə 201, № 7, maddə 931; 2016, № 5, maddə 955; 2018, № 2, maddə 338, № 8, maddə 1817) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və 1-ci hissəsində “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin və “sahəsində standartlara və tələblərə” sözləri “ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” üzrə:
2.2.1. adına, 1-ci və 16-cı hissələrinə, 8-ci hissəsinin ikinci abzasına “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin və “sahəsində standartlara və tələblərə” sözləri “ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
2.2.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanı (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən məhsulların minimum keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərinə (bundan sonra - qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara) riayət edilməsinə nəzarəti həyata keçirirlər. 
Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilmir.”;
2.2.3. 5-ci hissə ləğv edilsin;
2.2.4. 6-cı hissənin birinci abzasında “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin, üçüncü abzasına “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin və üçüncü abzası aşağıdakı redaksiyada verilsin: 
“Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”;
2.2.6. 8-ci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini öz səlahiyyətləri çərçivəsində, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttiş və mütəxəssisləri həyata keçirirlər.”;
2.2.7. 10-cu hissənin beşinci abzasında, 12-ci, 16-cı, 17-ci hissələrdə, 14.1-ci bənddə “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;
2.2.8. 13-cü hissədə “hüquqi və fiziki şəxslər” sözləri “qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər” sözləri ilə əvəz edilsin;
2.2.9. 14.2-ci, 14.8-ci bəndlər və 15-ci hissə ləğv edilsin;
2.2.10. 14.4-cü bənddə “istehsalçı (idxalçı, ixracatçı, satıcı) tərəfindən məhsulların sertifikatlaşdırma qaydaları pozulduqda” sözləri “istehsalçı qida təhlükəsizliyi qeydiyyatından keçmədikdə, məhsulların qida təhlükəsizliyi sertifikatı olmadıqda” sözləri ilə əvəz edilsin;
2.2.11. 18-ci hissə aşağıdakı redaksiyada verilsin:
“18. Qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanı tərəfindən bu Qaydalara uyğun verilmiş qərar və tələbləri icra etmədikdə, mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanının vəzifəli şəxsləri hərəkətlərinə, dövlət nəzarətini həyata keçirən orqan isə qəbul etdiyi qərarlara görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanının qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər.”.
3. “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 918; 2009, 
№ 1, maddələr 32, 34, № 6, maddə 491; 2010, № 12, maddə 1122; 2013, № 5, maddə 583; 2015, № 2, maddələr 227, 237, № 5, maddə 664; 2016, № 6, maddə 1194; 2017, № 10, maddə 1878) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında (hər iki halda) “, gigiyenik sertifikatlarının” sözləri “sertifkatının” sözü ilə əvəz edilsin;
3.2. 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. “Uyğunluq sertifikatının forması” və “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).”;
3.3. həmin Qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası” üzrə:
3.3.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.1. Bu Qayda “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən hazırlanmışdır və yeyinti məhsullarına uyğunluq sertifikatının (bundan sonra - sertifikat) verilməsini tənzimləyir.”;
3.3.2. 1.3-cü bənd ləğv edilsin;
3.3.3. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.4. Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır.”;
3.3.4. 2.1-ci bəndin “a” və “b” yarımbəndlərinin müvafiq olaraq beşinci və dördüncü abzaslarında “gigiyenik sertifikatın surəti” sözləri “qida təhlükəsizliyi sertifikatı, istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın surəti” sözləri ilə əvəz edilsin və “b” yarımbəndinin beşinci abzası ləğv edilsin;
3.3.5. 4.1.2-ci yarımbənd ləğv edilsin;
3.3.6. 4.1.3-cü yarımbəndə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin, “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “və normativ sənədlərin” sözləri çıxarılsın.
4. “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 oktyabr tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1018; 2011, № 5, maddə 458; 2015, № 2, maddə 238) ləğv edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, 
№ 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, 
№ 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (I kitab), maddə 1638, № 8, maddə 1806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 2 oktyabr tarixli 426 nömrəli, 15 oktyabr tarixli 447 nömrəli və 24 oktyabr tarixli 463 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6.2-ci, 6.6-cı, 14.21-ci, 14.24-cü bəndləri ləğv edilsin və aşağıdakı məzmunda 41-ci hissə əlavə edilsin:
“41. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
41.1. İdxal və ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu
42.2. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu”.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin