Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın ittihamları mənasız və gülüncdür

Paşinyanın ittihamları mənasız və gülüncdür

Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Astana görüşündən biabırçı vəziyyətdə geri dönən Ermənistanın indiki baş naziri müttəfiq olduğu dövlətlərə qarşı ittihamlar irəli sürür. N.Paşinyan bildirmişdir ki, “heç kimin bu qəbildən olan bəyanatlarla çıxış etməyə haqqı yoxdur, çünki Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatında qərarlar konsensus vasitəsilə qəbul olunur və biz bununla əlaqədar mövqeyimizi bildirmişik”. 
Paşinyan hətta Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd etmişdir. Ermənistan rəhbərinin bu səriştəsiz və qeyri-peşəkar iddiaları MDB ölkələrində, eləcə də Azərbaycan ictimaiyyətində istehza və hiddət doğurmuşdur. Bu barədə fikrini bildirərkən publisist və naşir Hidayət Musabəyli bunları dedi: 
– Hesab edirəm ki, Paşinyanın ittihamları mənasız və gülüncdür. Heç kəsə sirr deyil ki, Paşinyan çağdaş dünya siyasətində yerində olmayan, təsadüfi bir şəxsdir. Onun əsas narahatçılığı, qısqanclığı və paxıllığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv dövlətləri olan Qazaxıstan və Belarusun Azərbaycana hörməti və rəğbəti, Azərbaycanla bu ölkələr arasında dövlət başçıları səviyyəsində olan etimadlı dost münasibətlərdir.
Reallıq budur ki, Ermənistan Belarus və Qazaxıstan ilə KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, Ermənistan hökumətinin rəhbəri ciddi tərəfdaş kimi qəbul olunmur. KTMT-nin baş katibi məsələsi də rəsmi İrəvanla müzakirə olunmur.
Siyasi təhlilçilər haqlı olaraq qeyd edirlər ki, Ermənistan KTMT üzv dövlətləri üçün yükdən və əlavə problemdən başqa bir şey deyildir. Ermənistan tamhüquqlu üzv olduğu KTMT-nin rəhbərliyinə Yuri Xaçaturov kimisini gətirməklə bu təşkilatın nüfuzuna və fəaliyyətinə ağır zərbə vurmuşdur.
Paşinyan bu gün özündən əvvəlki sələflərinin səhv, yanlış siyasətini davam etdirir. Erməni xalqı bu həqiqəti gec-tez dərk edəcək. 

 

Söhbəti yazdı:
M.HACIXANLI,
“Xalq qəzeti”

20 Noyabr 2018 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin