Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nİkol Paşinyanın təklifinin üstündən birdəfəlik xətt çəkilib

Nİkol Paşinyanın təklifinin üstündən birdəfəlik xətt çəkilib

Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın daxili və xarici siyasətdə uğursuzluğu onun artıq cəmiyyətdə mövqeyinin ciddi şəkildə zəifləməsi ilə nəticələnib. Keçmiş prezident Serj Sarkisyan Respublika Partiyasının son iclasındakı çıxışında bildirib ki, belə davam edəcəyi təqdirdə Ermənistanda vəziyyət daha da gərginləşəcək, cəmiyyət Nikol Paşinyanın, nəhayət, qeyri-peşəkarlığının və səriştəsizliyinin şahidi olacaq. 
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astana sammitində üzləşdiyi uğursuzluq, bununla əlaqədar işğalçı dövlətin Belarus və Qazaxıstan prezidentlərindən izahat tələb edəcəyi hədə-qorxusu da Nikol Paşinyanın gələn ay ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində gərgin vəziyyətlə üzləşəcəyindən xəbər verir. 
İşğalçı dövlətdə Ermənistanın Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul edilməməsi, onun adıçəkilən təşkilatın üzv dövlətləri üçün yükdən və əlavə problemdən başqa bir şey olmadığı da artıq heç kimdə şübhə doğurmur. 
Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar cinayət işi çərçivəsində ittiham olunan Yuri ­Xaçaturov Yerevanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən, vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb. 
Yeri gəlmişkən, bu il noyabrın 8-də KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da KTMT liderləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nİkol Paşinyanın təklifinin üstündən birdəfəlik xətt çəkiblər.

 

Səbuhi ABBASOV,
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri 

 

20 Noyabr 2018 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin