Ən son xəbərlər

Son buraxılış
Arxiv

S.Babayev: 9531 nəfər vərəsənin birdəfəlik ödəmə almaq hüququ var

S.Babayev: 9531 nəfər vərəsənin birdəfəlik ödəmə almaq hüququ var

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə, əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərə və aparılan islahatlara dair mətbuat konfransı keçirib.
Nazir bildirib ki, dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrasının yüksək səviyyədə təmin edilməsi, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə həyata keçirilməsi üçün bütün səylər səfərbər olunub. Şəhid hərbi qulluqçuların 99 faizinin vərəsəsi birdəfəlik ödəmə almaq hüququna malik olduğunu artıq öyrənib. 
S.Babayev qeyd edib ki, vərəsələrin sənədlərinə baxılaraq onlardan artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə həmin ödəmənin verilməsi barədə qərar qəbul olunub və onlara müvafiq vəsaitlərin ödənişi prosesi davam edir. Gələn həftə daha 300 şəhid vərəsəsinə ödəniş ediləcək. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsəyə də ödənişlər verilib.
Nazir diqqətə çatdırıb ki, ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.
Tədbirin ­sonunda S.Babayev nazilriyin digər fəaliyyət sahələrində görülən işlər və aparılan islahatlar barədə də ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

20 Noyabr 2018 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin