Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xüsusi geyim və fərqlənmə nişanlarının satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xüsusi geyim və fərqlənmə nişanlarının satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot- 1. Xüsusi geyim və fərqlənmə nişanlarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 370073, İnşaatçılar prospekti, 2 nömrəli ünvanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən, əlaqələndirici şəxs – Əsgərli Vilayət Əhməd oğlundan tel- 404-22-00 daxili (0213) ala bilərlər.
İştirak haqqı 1000 (bir min) manatdır.
Satınalan təşkilat: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
 VÖEN: 1300049571
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
 KOD: 210005
M/h: AZNABZ01360100000000003944
VÖEN: 1401555071
 SWIFT: BIK CTREAZ22
 H/h: AZ47CTRE 00000000000002248414
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 dekabr 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17 dekabr 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, 370073, İnşaatçılar prospekti, 2 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 18 dekabr ­2018-ci il saat 10.00-da Bakı şəhəri, 370073, İnşaatçılar prospekti 2 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.

 

Tender komissiyası

20 Noyabr 2018 01:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
12 Dekabr 2018 | 22:45
B İ L D İ R İ Ş
12 Dekabr 2018 | 12:02
B İ L D İ R İ Ş
12 Dekabr 2018 | 12:01
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin