Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdə Suvarma Sistemləri İdarəsi 2019-cu ildə cari və əsaslı təmir işlərini yerinə yetirmək üçün AÇIQ TENDER ELAN EDİR

Bərdə Suvarma Sistemləri İdarəsi 2019-cu ildə cari və əsaslı təmir işlərini yerinə yetirmək üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Maşın - mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması.
Lot- 2. Əsaslı və cari təmir işləri üçün tikinti materiallarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bərdə şəhəri, Zöhrabbəyov küçəsi, 10 nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: N.Mahmudovdan, telefon: 02020-5-25-60) ala bilərlər.
Təşkilat: Bərdə SSİ
VÖEN: 4000209121
Hh: AZ 53 CTRE 00000000000002355103
VÖEN: 4000183681
Bank: “Kapital Bank”ın Bərdə filialı
Kod: 200372
VÖEN:9900003611
M/ h:AZ 37 NABZ 01350100000000001944
S.W.İ.F.T.BİK-AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 dekabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 4 yanvar 2019-cu il saat 18.00-a qədər Bərdə şəhəri, Zöhrabbəyov küçəsi, 10 nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

20 Noyabr 2018 00:59 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Ən son xəbərləri səhifəmizdən də izləyin