Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan akrobatlarının ikiqat sevinci

Azərbaycan akrobatlarının ikiqat sevinci

Ötən şənbə və bazar günləri idman həvəskarlarımızın əzəmətli Mlli Gimnastika Arenasında əsl zövq aldıqları akrobatika üzrə Dünya Kuboku yarışında təmsilçilərimizin qazandıqları iki gümüş medal son illər ölkəmizdə idmanın bu növünün inkişafına göstərilən böyük qayğı və diqqətin növbəti əyani təzahürüdür.
Akrobatlarımız Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukraynadan olan rəqibləri ilə gərgin mübarizədə yaxşı hazırlıq və yetkin ustalıq nümayiş etdirib final yarışlarından sonra qaliblərin mükafatlandırılması mərasimində tamaşaçıların alqışları altında iki dəfə fəxri kürsüyə dəvət olundular.
Kişilərdən ibarət cütlüklərin yarışında Murad Əkbərov və Seymur Cəfərov, qarışıq cütlüklər proqramında isə Abdulla Əl-Məsayxi və Ruhidil Qurbanlı gümüş medallara layiq olduqlarını inamla sübuta yetirdilər
Final yarışlarında iştirak edən daha bir cütlüyümüz – Nurcan Cabbarlı və Ağasif Rəhimov isə çıxışlarını altıncı yerdə başa vurdular.
Azərbaycan akrobatlarının ilin finişində Dünya Kuboku kimi mötəbər yarışda diqqətəlayiq müvəffəqiyyəti onların və məşqçilərinin gündəlik gərgin və məqsədyönlü fəaliyyətinin bəhrəsidir.

 

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

 

20 Noyabr 2018 00:58 - İDMAN
İDMAN
12 Dekabr 2018 | 22:42
“Qarabağ” Londonda
12 Dekabr 2018 | 12:59
Fransa, Gürcüstan...
12 Dekabr 2018 | 11:59
Adelaidada növbəti tur
11 Dekabr 2018 | 18:15
Əllifaizli nəticə
11 Dekabr 2018 | 18:03
“Maksimir” stadionunda

Ən son xəbərləri səhifəmizdən də izləyin