Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“XƏTAİ TƏMİR - TİKİNTİ - 1” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci il üçün İLLİK HESABATI (emitentin idarəetmə hesabatı)

“XƏTAİ TƏMİR - TİKİNTİ - 1” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci il üçün İLLİK HESABATI (emitentin idarəetmə hesabatı)

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dövlət qeydiyyatının tarixi və nömrəsi: “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyəti; 05.05.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. VÖEN: 2000221651. Cəmiyyətin qısaldılmış adı yoxdur.
2. Emitentin hüquqi ünvanı və olduğu yer: Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi 22.
3. Hesabat ili ərzində emitentin adında, hər hansı hüquqi əsaslarla (digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkili, yenidən təşkil və sair) təşkilati-hüquqi formasında dəyişikliklər baş verməmişdir. 
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri yoxdur. 
5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş törəmə cəmiyyəti yoxdur. 
6. Emitent hər hansı şirkətlər qrupunda iştirak etmir, hər hansı şirkətlər qrupunun hissəsi deyil.
7. Emitentin fəaliyyəti dayandırıldığından fəaliyyət istiqaməti yoxdur (hər hansı fəaliyyətlə məşğul olmur).
8. Emitent hər hansı lisenziyaya və ya icazəyə malik deyil.
9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər yoxdur.
10. Emitentin işçiləri yoxdur.
11. Emitentin idarəetmə orqanları haqqında məlumat:
• Emitentin müşahidə şurası:
-Eyvazov Azad Fərman oğlu (sədr), 
-Salayeva Aynurə Şahin qızı (üzv), 
-Əliyeva Gülnarə Rasim qızı (üzv).
• Emitentin icra orqanı: 
- Zeynalov Əflatun Məmməd oğlu (idarə heyətinin sədri),
-Sadıqova Ülviyyə Adil qızı (idarə heyətinin üzvü), 
-Məhərrəmov Çingiz Tofiq oğlu (idarə heyətinin üzvü). 
Emitentin audit komitəsi yoxdur.
12. Emitentin səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı: emitentin 84 fiziki şəxsdən ibarət səhmdarı (payçıları) var. Səhmdarlar sırasında hüquqi şəxs yoxdur. 
13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxsi- fiziki şəxs Salayev Kənan Hacı oğlu – 232.591 ədəd adi, adlı səhmlər, nizamnamə kapitalının 89,3275%. Emitentin nizamnamə kapitalında hüquqi şəxs (şəxslər) yoxdur.
14. Nizamnamə kapitalında hüquqi şəxsə (şəxslərə) məxsus səhmlər (paylar) yoxdur.
15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində 27 iyun 2017-ci ildə səhmdarların növbəti ümumi yığıncağı keçirilmişdir. Ümumi yığıncaq cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri,Yavər Əliyev küçəsi, 22 nömrəli ünvanda yerləşən inzibati binada keçirilmişdir. Ümumi yığıncaqda aşağıdakı qərarlar qəbul edilmişdir. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir
1. Cəmiyyətin 2016-cı il üçün illik hesabatları barədə.
2. 2016-cı ildə görülmüş işlər barədə.
3. Cəmiyyətin 2017-2018-ci illər üçün inkişaf perspektivləri və planları barədə.
BİRİNCİ MƏSƏLƏ ÜZRƏ QƏRARA ALINDI:
“Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin 2016-cı il üçün illik hesabatı təsdiq edilsin. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə hesabatların aidiyyatı qurumlara təqdim edilməsi və kütləvi informasiya vasitələrində açıqlanması (dərc edilməsi) təmin edilsin, belə işlərin yerinə yetirilməsi Cəmiyyətin idarə heyətinin sədrinə və ya Zərbəliyev Balağa Nadir oğluna həvalə edilsin.
İKİNCİ MƏSƏLƏ ÜZRƏ QƏRARA ALINDI:
Gündəliyə daxil edilmiş ikinci məsələ üzrə bütün müzakirələr nəzərə alınsın. Cəmiyyətin mövcud durumu nəzərə alınmaqla inkişaf məqsədləri üçün hazırda və gələcəkdə cəmiyyətin əmlakının, torpaq sahəsinin, tikililərin, binaların (və ya otaqların) icarəyə verilməsi (və ya digər qaydada səmərəli istifadəsi) müsbət qiymətləndirilsin, hesabat ili ərzində bu istiqamətdə görülmüş işlər, habelə cəmiyyətin bu sahədə görülən və ya görülməsi nəzərdə tutulan işləri nəzərə alınsın (təsdiq edilsin). Cəmiyyətin əmlakı, torpaq sahəsi, tikililəri, binaları (və ya otaqları) ilə əlaqədar yeni girov, ipoteka, kredit, icarə müqavilələrinin bağlanılması, mövcud icarə müqavilələrinin növbəti müddətə uzadılması, şərtlərinin dəyişdirilməsi, onlara xitam verilməsi,qeyd olunan əməliyyatların hüquqi nəticəsindən irəli gələn bütün qərarların qəbul edilməsi və həyata keçirilməsi cəmiyyətin idarə heyətinə həvalə edilsin. Cəmiyyətin bu sahədə görülən və görülməsi nəzərdə tutulan işləri nəzərə alınsın (təsdiq edilsin).
ÜÇÜNCÜ MƏSƏLƏ ÜZRƏ QƏRARA ALINDI:
2017-2018-ci illər üçün inkişaf perspektivlərinin hazırlanması və həyata keçirilməsi cəmiyyətin idarə heyətinə həvalə edilsin.
________________________________________________
16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat:
16.1 investisiya qiymətli kağızın növü və forması: adi, adlı səhm.
16.2 investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: AZ1001002828; 28.12.2001-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır.
16.3 investisiya qiymətli kağızların miqdarı: 260.380; nominal dəyəri: 0.1AZN
16.4 investisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri: 26.038 manat.
16.5 cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə dividendlər mövcud olmamış və dividendlər ödənilməmişdir. 
16.6 faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir. 
17. Hesabat ili ərzində emitent tərəfindən xüsusi əhəmiyyətli əqdlər bağlanılmayıb.
18. Hesabat tarixinə emitent tərəfindən aidiyyatı şəxslərlə əqdlər bağlanılmayıb.
19. İllik hesabat 30 iyun 2018-ci ildə keçirilmiş səhmdarların ümumi yığıncağında təsdiq edilmişdir.
20. Hesabatın açıqlanma mənbəyi: illik hesabatın “Xalq qəzeti”ndə açıqlanması nəzərdə tutulur.
Qeyd: Əvvəlki illərdə olduğu kimi cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili üzrə maliyyə hesabataları və kənar auditorun rəyi tərtib olunmur. Cəmiyyətin fəaliyyəti dayandırıldığından emitentin kreditor borcları yoxdur. Cəmiyyətin fəaliyyəti dayandırıldığından emitentin debitor borcları yoxdur. Cəmiyyətin fəaliyyətinin hələ ötən illərdən başlayaraq dayandırıldığı ilə əlaqədar 2017-ci ildə (hesabat ili ərzində) cəmiyyətin hər hansı fəaliyyəti mövcud olmamışdır. Cəmiyyətdə hər hansı investisiya qoyuluşları həyata keçirilməmiş, hesabat ili ərzində fəaliyyətin olmaması ilə əlaqədar hər hansı gəlir və zərər mövcud olmamışdır. Vergi ödəyicisinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatların dayandırıldığı haqqında vergi orqanının 26.11.2014-cü il tarixli arayışı illik hesabata əlavə olunur.
“Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti

11 2018 21:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Sentyabr 2019 | 10:29
Bildiriş
21 Sentyabr 2019 | 10:28
B i l d i r i ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə