Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ Meşə Meliorasiya İdarəsi 2019-cu ildə cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal-materialların və ehtiyat hissələrinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Qarabağ Meşə Meliorasiya İdarəsi 2019-cu ildə cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal-materialların və ehtiyat hissələrinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Mexanizmlər, səyyar suvarma nasoslarının və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması.
Lot-2. Tikinti materiallarının, ting və sürtkü materiallarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lotlar üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: A.Əhmədov. Telefon: 02020-5-54-09.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra göstərilən ünvandan ala bilərlər. Bərdə şəhəri, H.Əliyev prospekti, 110. Qarabağ Meşə Meliorasiya İdarəsi.
İştirak haqqı hər bir lot üçün 50 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Qarabağ Meşə Meliorasiya İdarəsi
VÖEN: 4000189801
Bərdə YXO
Hesab: AZ 53 CTRE 00000000000002355103
VÖEN:4000183681
Bank: “Kapital Bank”ın Bərdə filialı
KOD: 200372
Müxbir hesab: AZ 37 NABZ 01350100000000001944
SWİFT BİK: AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçıların tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış;
- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır).
İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 24 dekabr 2018-ci il saat 17.00-a kimi Qarabağ Meşə Meliorasiya İdarəsinə təqdim etməlidirlər. Bu tarixdən gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar tender təklifi və bank zəmanətini 4 yanvar 2019-cu il saat 17.00-a kimi təqdim etməlidirlər.
Tender zərfləri 7 yanvar 2019-cu il saat 11.00-da Qarabağ Meşə Meliorasiya İdarəsində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

20 Noyabr 2018 00:57 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Ən son xəbərləri səhifəmizdən də izləyin