Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu nazirliyin 100 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu nazirliyin 100 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Müsabiqənin məqsədi
Azərbaycanda sosial müdafiə sisteminin keçdiyi inkişaf yolu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasətin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi ölkədə təkmil və etibarlı sosial müdafiə sisteminin qurulması və təkmilləşdirilməsi, sistemin müasir inkişaf istiqamətləri, dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan operativ və tam şəffaf təşkili məqsədilə aparılan islahatlar barədə geniş ictimai məlumatlandırmanın həyata keçirilməsində peşəkar jurnalist əməyinin stimullaşdırılması.
Müsabiqənin mövzusu
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah”
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Dərc olunmuş yazıların sərlövhələri təklif edilən mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən qəzetlər.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”dan çıxarılan qəzetlər (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər
(6 ay müddətində).
5. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2. Yazının elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)
Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə) 
3. Şəxsiyyət vəsiqəsi və surəti
4. Şəxsi VÖEN və surəti
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).
Qeyd: iştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün fonda müraciət etmək lazımdır.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 20 noyabr 2018-ci il tarixdə başlayır, 20 dekabr 2018-ci il tarixdə başa çatır. 
Yazılar rəsmi iş günləri saat 10.00-dan 16.00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səvxiyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi. 
Müsabiqəyə təqdim olunmuş 
yazıların mükafatlandırılması
Müsabiqədə I yer üçün 1 nəfər 
(1000 manat); 
II yer üçün 2 nəfər (800 manat); 
III yer üçün 3 nəfər (500 manat)
yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur. 
Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə. 
Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45; 
Elektron ünvan: [email protected] , [email protected] 
Sayt: www.kivdf.gov.az

20 Noyabr 2018 00:57 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
13 Dekabr 2018 | 23:33
B İ L D İ R İ Ş
13 Dekabr 2018 | 23:32
B İ L D İ R İ Ş
13 Dekabr 2018 | 23:32
B İ L D İ R İ Ş
13 Dekabr 2018 | 23:32
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin