Ən son xəbərlər

Son buraxılış
Arxiv

“San-Juan” sualtı qayığının ekipajı üçün matəm elan edilib

“San-Juan” sualtı qayığının ekipajı üçün matəm elan edilib

Argentina Prezidenti Maurisio Makri ötən il itmiş “San-Juan” sualtı qayığının ekipajı üçün 3 günlük matəm elan edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, o, həmçinin sualtı qayığın axtarışında iştirak edən bütün ölkələrə təşəkkürünü bildirib.
Argentinanın Hərbi Dəniz Qüvvələri “Twitter” sosial şəbəkəsində “San-Juan” sualtı qayığının dəniz dibindəki şəkillərini yayımlayıb. Kadrlarda sualtı qayığın dağılmış korpusu və hərəkət vinti görünür. Mar-del-Plata hərbi dəniz bazasının komandanı Qabriel Attis aşkarlanan sualtı qayığın gövdəsinin deformasiyaya uğradığını və üzərində partlayış izlərinin olduğunu bildirib.
Qeyd edək ki, “San Juan” sualtı qayığını “Ocean Infinity” kompaniyası yoxa çıxdığı rayonda su səthindən 800 metr dərinlikdə aşkar edib. Argentinanın müdafiə naziri Oskar Aquad itkin düşən ekipaj üzvlərinin ailələri qarşısında çıxış edərkən Hərbi Dəniz Qüvvələrinin sualtı qayığın axtarışı üzrə əməliyyatlara 780 milyon peso (təxminən 31 milyon avro) xərcləndiyini bildirib.
Xatırladaq ki, Argentinanın Uşuaya limanından səfərə çıxan və göyərtəsində 44 ekipaj üzvünün olduğu dizel-elektrik mühərrikli “San-Juan” sualtı qayığı ilə əlaqə 2017-ci il noyabrın 15-də kəsilmişdi. Noyabrın 30-da ölkənin Hərbi Dəniz Qüvvələri ekipajin xilas edilməsi üzrə əməliyyatların dayandırıldığını, sualtı qayığın axtarışlarının isə davam etdiyini bildirmişdi.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

20 Noyabr 2018 00:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin