Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astanada Suriya nizamlaması ilə bağlı 11-ci görüş keçiriləcək

Astanada Suriya nizamlaması ilə bağlı 11-ci görüş keçiriləcək

Suriyada vəziyyətin nizamlanması üzrə danışıqların növbəti raundu noyabrın 28-29-da Astanada keçiriləcək. Bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib. Məlumatı RİA “Novosti” verib.
Astana prosesinin qarant ölkələri Rusiya, Türkiyə və İran Suriya üzrə növbəti, ­11-ci görüşü yüksək səviyyədə keçirmək barədə razılığa gəliblər, – deyə Abdraxmanov qeyd edib. – Bu görüşün ənənəvi formatda qarant ölkələrin, Suriya hökumətinin və silahlı müxalifətinin nümayəndələrindən ibarət heyətlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Görüşə müşahidəçi qismində BMT və İordaniya da dəvət olunub. 
Nazirin sözlərinə görə, bu beynəlxalq tədbirdə əsasən, Suriyanın İdlib əyalətindəki vəziyyət və qaçqınların evlərinə qaytarılması məsələləri müzakirəyə çıxarılacaq: “Məlumdur ki, İdlib Suriyadakı 4 deeskalasiya zonasından biridir. Bundan əlavə, qaçqınların qayıtması üçün şərait yaradılması və Suriyanın münaqişədən sonrakı bərpası məsələləri də müzakirə olunacaq”. 
Kayrat Abdraxmanov deyib ki, Suriya hökuməti və silahlı müxalifəti arasında rəsmi münasibətlərdə etimadın möhkəmləndirilməsi də həlli vacib məsələlərdən biridir. Nümayəndə heyətləri girovların azad edilməsi üzrə işçi qrupun iclasını da keçirmək niyyətindədir. 
Onun dediyinə görə, artıq BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura istefaya gedib, onu Qeyr Pederson əvəz edib, ona görə də görüşdə hələ köhnə komandanın üzvləri iştirak edəcəklər. 
Suriyanın daxilində isə vəziyyət gərgin olaraq qalır. Rusiyanın bu ölkədəki barışıq üzrə mərkəzinin rəhbəri Vladimir Savçenko bildirib ki, İdlib ərazisində fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələr atəşkəs haqqında razılaşmaları pozmaqda davam edirlər. “Ötən sutka ərzində Hələbin ətrafları iki dəfə, Həma və ­Latakiya əyalətinin Safsar yaşayış məntəqəsi üç dəfə atəşə məruz qalıb”.
“Ikhbariya” telekanalının verdiyi məlumata görə, Suriya ordusunun hissələri atəş nöqtələrinə cavab zərbələri endirib, bir neçə terrorçu yaralanıb. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

20 Noyabr 2018 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin