Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəsmi Berlin 18 Səudiyyə vətəndaşının AFR-ə girişinə qadağa qoyub

Rəsmi Berlin 18 Səudiyyə vətəndaşının AFR-ə girişinə qadağa qoyub

Almaniya Feteradiv Respublikası (AFR) jurnalist Camal Qaşıqçının öldürülməsində iştirak etməkdə şübhəli bilinən Səudiyyə Ərəbistanının 18 vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Bu barədə “Alman dalğası” məlumat yayıb. 
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burger dünən Berlində təşkil olunan brifinqdə məlumat verib. Onun sözlərinə görə, bu addımlar yalnız Fransa və ­Böyük Britaniya ilə razılaşdırılıb. Sanksiyaların tətbiq olunduğu şəxslərin kimliyi isə açıqlanmayıb.
Brifinqdə iştirak edən Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert isə Camal Qaşıqçının cinayət işi üzrə təhqiqatın nəticələrinin Berlin üçün qeyri-qənaətbəxş olduğunu, bir sıra sualların cavabsız qaldığını bildirib.
Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmişdi. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəliyin binasından çıxarıldığını etiraf edib. Dünya ictimaiyyəti bu cinayəti kəskin şəkildə pisləyərək, Ər-Riyadı şəffaf təhqiqat aparmağa çağırıb.

 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

20 Noyabr 2018 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin