Ən son xəbərlər
Çin hökuməti “Çançjen-3V” raket daşıyıcısını uğurla kosmosa buraxıb. Bu barədə Çinin Aerokosmik Elmlər və Texnikalar Korporasiyası məlumat yayıb. Bildirilir ki, Çin raket daşıyıcısı kosmosa iki “Beidou 3” naviqasiya peyki aparıb. Bununla da Pekin “Beidou” qlobal naviqasiya şəbəkə sisteminin yaradılması prosesini başa çatdırıb.
Qeyd edək ki, “Beidou” dünya bazarında ABŞ-ın GPS və Rusiyanın QLONASS sistemlərinin əsas rəqibi sayılır.
Məlumatı “Sinxua” yayıb.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin