Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcazəsiz ova cəhd edən şəxslər saxlanılıb

İcazəsiz ova cəhd edən şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı  təqsirkarlar barəsində protokollar tərtib edilib və  onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq olunub.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

19 Noyabr 2018 19:03 - EKOLOGİYA
EKOLOGİYA
13 Dekabr 2018 | 14:14
Birgə seminar keçirilib
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin