Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görüşlərdə idman tədbirlərindən bəhs edilib

Görüşlərdə idman tədbirlərindən bəhs edilib

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Afrika İttifaqı Sosial münasibətlər komissarı xanım Amira El Fadil, Polşanın idman və turizm naziri Vitold Banka, Bolqarıstanın idman naziri Krasen Kralevi ilə görüş keçirib. Nazirlikdən verilən məlumatda bildirir ki, A.Rəhimov görüş zamanı ölkəmizdə aparılan idman siyasəti, idman sahəsində görülən işlərdən ətraflı bəhs edib. Həmçinin Azərbaycanda  keçirilmiş və keçirilməsi nəzərdə tutulan mötəbər idman tədbirlərindən, idman yarışlarının yeni kadr potensialının yetişməsindəki önəmindən, müxtəlif ölkələrlə təcrübə mübadilələrinin aparılmasından,  ölkəmizdə fəaliyyət göstərən idman qurğularından və digər mühüm məqamlardan haqqında qonaqlara məlumat verib.

Qonaqlar   Azərbaycanda uğurlu idman menecmenti, idman qurğularının peşəkar səviyyədə işlədilməsi, Antidopinqlə mübarizə sahəsində əldə olunan müsbət nəticələr, qaçqın və məcburi köçkün gənclərin idmana daha yaxından cəlb edilməsində Azərbaycanın qazandığı uğurlardan danışıb, təcrübə mübadiləsində maraqlı olduqlarını bildirdilər.

Bunula yanaşı, nazir Azad Rəhimov Beynəlxalq Federasiyasının prezidenti Nenad Laloviç, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsla da görüşüb.

 

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

19 Noyabr 2018 18:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin