Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard  354,6 milyon manat vəsait yönəldilib.

Rəsmi statistikaya əsasən, bu investisiyaların 362,2 milyon manatı oktyabr ayında yatırılıb. Beləliklə, ötən ay ölkə iqtisadiyyatına investisiya qoyuluşunda əvvəlki ayla müqayisədə 0,2 faiz  artım qeydə alınıb.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard  518,9 milyon manatı (80,8 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

19 Noyabr 2018 18:53 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin